DÜNYA BİZİM OLACAKMI
DÜNYA BİZİM OLACAQMI
Dnya bizim olacaqmı?- deyirik, Olub, daha olmayacaq, a qardaş. Trixlərdə ərzə- mərzə danışan, Doğru yoly bulmayacaq, a qardaş. Dünya bizim olmayacaq, a qardaş. Dastanlardan, nağıllardan gələnlər, Həqiqəti bilməyəcək, a qardaş. Gözləyirik ağ atlının yolunu, Yalan sözdür gəlməyəcək, a qardaş. Dünya bizim olmayacaq, a qardaş. Əvvəlcə bir millət yarat, dil yarat, Ədalətli divan yarat, əl yarat, Oğuz babam yaratdığı el yarat, Yoxsa Türkə qalmayacaq, a qardaş. Dünya bizim olmayacaq, a qardaş. Nağıllara inanmayaq, nağıldır, Söyləyənin dilində bir noğuldur, Bu dünyanı quran-yıxan ağıldır, Nağıl dili ölməyəcək, a qardaş. Dünya bizim olmayacaq, a qardaş. Çoxlu nağıl danışacaq xalqımız, Dalaşacaq, barışacaq xalqımız, Hərdən yenə qarışacaq xalqımız, Ürəyimiz gülməyəcək, a qardaş. Dünya bizim olmayacaq, a qardaş. Nağılların vaxtı çoxdan keçibdir, Bütün dünya reallığı seçibdir, Yadellilər qanımızı içibdir, Tanrı günah silməyəcək, a qardaş. Dünya bizim olmayacaq, a qardaş. AyCoculu susma qaldır səsini, Artır bayramını, azalt yasını Görsən əgər düz işlərin tərsini, Yad dərdini bölməyəcək, a qardaş. Dünya bizim olmayacaq, a qardaş. |