MƏŞQ EDƏK
Bütün həyatlarını sevdim
pisini də, yaxşısını da. Hər həyatından da boylandın, baxdın istədiyim kimi. Hər baxşında da özümü gördüm gözlərini sevdim... Səbirsiz, tələsgən qısametrajlı filmə bənzətdin ömrümüzü. Tez başladı, tez də bitdi əsəbiliyini sevdim... Bir ömür məşq etdik gözləməyi. Kimi, nəyi fərqinə varmadan. Sən məni, mən də səni gözlədim gözləməyi sevdim... Bilirəm demə, lazım deyil, qocalmışıq artıq Amma... Ölmə. İndi yazdır, çiçəkləri əzərik. Nolar gözlə.... Gəl ölməyi məşq edək. Payızda ölərik yarpaqlarla birgə xəzəlləşərik.... |
çiçəkləri əzərik.
Nolar gözlə....
Gəl ölməyi məşq edək.
Payızda ölərik
yarpaqlarla birgə
xəzəlləşərik....
güzeldi kutladım saygılar