Sözümdən qaçam gərək
Açsam da, yumsam da − sən,
Gözümdən qaçam gərək. Səndən qaçdım, olmadı, Özümdən qaçam gərək. Anmaq ehtimalı var, Danmaq ehtimalı var, Yanmaq ehtimalı var, Közümdən qaçam gərək. Duyğuları kor edəm, Ya lal, ya da kar edəm, Hər şeyi inkar edəm, Sözümdən qaçam gərək. |