Hər şey adiləşir hamıda bir günRəngini, tamını dəyişir qar da, Günaha, qarğışa bürünüb düşür. Göydən üç alma da düşmür nə vaxtdı, Bir alma üç yerə bölünüb düşür. Nə sirr var, əllərin yumulu saxlar, Nə qonub körpənin ovcuna elə?.. O qədər kiçilib bu dünya bir vaxt, Sığışıb qələmin ucuna elə. Nəfəs də ömürdə zaman boydadır, Zaman da tükənir nəfəs sonunda. Hər şey adiləşir hamıda bir gün, Hamıya bənzəyir hər kəs sonunda. |