Silkinib çıxdım həyatından
Silkinib
çıxdım həyatından alışdım ayağımı döyən ayaqqabı kimi ürəyimi yara eləyən yoxluğuna ayağımın sağlam yerdə olduğuna əmin olanda buraxdım əlimi ürək əməliyyatından çıxan adam kimi gözlərimi açdım sənsizliyə tələbə ikən hər səhər anamın süzdüyü çayda üç qaşıq şəkər tozunu həll edib tələsik başıma çəkməyim yadıma düşür yoxluğunu da elə qatdım canıma silkinib çıxdım həyatından barmağı yanan uşağın hər dəfə ütünü görəndə “cız” deməsi kimidir səni sayıqlamam səni fərqinə vardığım günah kimi tərk etdim doludan qaçan kimi qaçdım hadisə yerindən uzaqlaşan kimi uzaqlaşdım səndən silkinib çıxdım həyatından hərbi xidməti qurtaran gün başımı geriyə çevirib ömrümün bir ili keçən o yerə necə baxdığımı təsvir edə bilmərəm bax o gün elə baxdım sənə elə tərk etdim səni silkinib çıxdım həyatından siqaretin ucundan havaya qalxdıqca gözdən itən tüstü kimiydi xəyalın səni itirdim yoxluğunda özümü atınca boşluğuna sürtünmə quvvəsinin təsirindən alışıb yoxa çıxdın səni itirdiyim yerdən sənin olmadığın yerə gələnə qədər səni itirdim yoxluğunda çətini unudana qədərdir unudandan sonra adama elə gəlir ki heç sevmirmiş baxır ki ölməyib qurşun qolunu sivirmiş ...silkinib çıxdım həyatından... |