Qapış-qupuş düşüb torpağım üstəOff… nələr çəkibdir başı bu yurdun, Bədən kəsik-kəsik, can deşik-deşik. Qapış-qupuş düşüb torpağım üstə, Əldə qalanına Vətən demişik. Qolumu vurublar əlimdən çıxıb, Dağ olub bağrıma köçüb bu torpaq. Arazdan o yana Arazla bitib, Sətirdən sətirə keçib bu torpaq. Düzərsək yanbayan ucsuz-bucaqsız, Dörd yerə qatlasaq bir üzü gedib. Minaya düşübdür bu yurd elə bil, Bir əli, ayağı, bir gözü gedib. Gör nələr çəkibdir başı bu yurdun, Bədən kəsik-kəsik, can deşik-deşik. Qapış-qupuş düşüb torpağım üstə, Əldə qalanına Vətən demişik. |