Allah sözə parçalandı
Dünya Tanrının ovcundan,
Ya gözündən kürə düşdü. Demədiyim ürəyimə, Dediyim söz yerə düşdü. Açar varmı, açaq dərdi, Qaçqın dərdi, qaçaq dərdi. Sinəmizi bıçaq dəldi − Dağ ayrıldı, dərə düşdü. Əksi ona oxşamadı, Yat, bu yemək axşamadı. Yaman yerdə axşamladı, Yaman yerdə şərə düşdü. Alov közə parçalandı, Bulaq gözə parçalandı, Allah sözə parçalandı − Ayə düşdü, surə düşdü. |