Bu qızı küçəmi doğubBu qızı küçəmi doğub, Deyirlər küçə qızıdır. Gündüzlər gözə görünməz, Bəxtəvər gecə qızıdır. Br yol evə yığışmayıb, Yanıb, qaralıb küçədə. Tutub ananın qarğışı, Böyüyüb qalıb küçədə. Küçə qızı bu küçəni Yol eləyib, yoldan çıxıb. Nəyi var yolda itirib, Nəyi varsa yoldan çıxıb. Heç həyacan keçiribmi, Görən qəlbi alovlanıb? Göz vuran gözündən vurub − Ən əvvəl gözü ovlanıb. Yəqin çağırıb anası, Sorağı çatmayıb qıza. O qızlıq edib, küçəsə Analıq etməyib qıza. |