QalıbEşqim öldü qəfəsində, Üçü çıxıb, dördü qalıb. Vüsalım son nəfəsində, Hicranımdan ordu qalıb. Nə qorxudub boz bəxtimi, Sovurubdu toz bəxtimi, Mən neynirəm qoz bəxtimi Ləpəsi yox, qurdu qalıb. Sənin olan kimə lazım, Bax bu tüstüm, bu avazım, Yox dərdinə etirazım Lələm köçüb yurdu qalıb. |