Xoşbəxtlik əlimdə sabun kimiymişYüzün davamıymış yüzbirim, demə, Ümidim qalmayıb sonrasına da. Bu bəxt ilan kimi məni çalırsa − Lənət ağına da, qarasına da. Bir dəfə güzəştə getmədin, dünya, Neçə günahımı gizlədim səndən. Hər dəfə bir sillə yeyib öyrəşdim, Hər dəfə bir sillə gözlədim səndən. Bir dəfə bir qismət gəldi qapıma, O da ayaqüstü görüşdü çıxdı. Xoşbəxtlik əlimdə sabun kimiymiş, Mən bərk-bərk sıxanda − sürüşdü, çıxdı. |
sonrasına da.
çalırsa −
qarasına da.
burda qafiye yoxdur.
, dünya,
səndən.
öyrəşdim,
səndən.
burda da yoxdur
qapıma,
çıxdı.
kimiymiş,
, çıxdı.
Bu kuplet de de qafiye yoxdur.
Sizce necedir?