UÇUŞ (30)dolu dizgin san aşır kən sanarıncın gilə öncə , calanır mən özü , çığsu pınarınçın gilə öncə . uçuşur hey quşu içdən , içi əngin dişa tilgin , bəbək altı aparır arxı narınçın gilə öncə . bilə sezgin , oyanıq , sevgi , cocuqsu kimi ansız , sar verir könlünü vurğunca sarınçın gilə öncə . arasız sorğu dərir , vurğu keçir , bir neçə dildən , yanıtı pas yağırır , gündə arınçın gilə öncə . bu nə sevda, bu nə istəm, bu nə düşgün, düşü sanmış , özünü ətdal edir , yox , hə , varınçın gilə öncə . bax zaman öndəri çılğın gecə , dan çırtlayır anda , dara , dar hördü , düşür darçı , darınçın gilə öncə . DIVAN-I ƏRĞƏVAN(30) M.Ərğəvan |