ARI ADAM
ARI ADAM
Nazim Hikmətə Arılardan öyrənə-öyrənə Özü də arıya döndü, Bu qərarsız adam. Başladı sözlərin Şirəsini çəkməyə. Göz yaşı ovcunu islatdıqca, Barmaqları göyərdi, Bu arı adamın. Təzə söz çiçəkləri açdı, Söz meyvələri gətirdi – Barmaqları arasındakı qələm. Hamının dada biləsi, Türkü ucuz tutmaq istəyənlərə Əbədi xəncər tiyəsi Oldu – Alın qırışının hər giləsi |