QAYIDACAĞAM
SƏNSİZ GECƏM ZÜLMƏT,GÜNDÜZÜM QARA,
HƏSRƏTİN QUBARDIR,ÜRƏKDƏ YARA, NEYLƏYİM QOVUŞAQ MƏN BƏXTİ QARA, SƏNSİZLİK NƏ QƏDƏR AĞIRMIŞ MƏGƏR. GÖZLƏRİN GÖZÜMDƏ,ƏLİN ƏLİMDƏ, YETİŞMİR SÖZLƏRİM ÇATMİR ƏLİM DƏ, ÜRƏYİM ƏSİRDİR HİCRAN ƏLİNDƏ, SƏNSİZLİK NƏ QƏDƏR AĞIRMIŞ MƏGƏR. GÖZ YAŞIM SÜZÜLÜR YANAQDAN TƏK-TƏK, QƏLBİM ƏZAB ÇƏKİR,YOXDUR BİR KÖMƏK, AYRILIQ MƏHBƏSDİR,HƏBSDƏ ÜRƏK, SƏNSİZLİK NƏ QƏDƏR AĞIRMIŞ MƏGƏR. ƏSGƏR BARMAQLARI SIXDIĞI QƏLƏM, ÜRƏYİNDƏ QÜSSƏ,GÖZLƏRİNDƏ NƏM, BİR ŞEİR YAZIR Kİ, HƏR HƏRFİ ƏLƏM, SƏNSİZLİK NƏ QƏDƏR AĞIRMIŞ MƏGƏR. MƏKANIM SƏNGƏRDİR,SİRDAŞIM SİLAH, DİLİMDƏ BİR ADIN, BİR YARALI AH, BİZİ AYIRMAĞIN ÖZÜ BİR GÜNAH, SƏNSİZLİK NƏ QƏDƏR AĞIRMIŞ MƏGƏR. SİNƏM MƏKAN OLSA,XAİN GÜLLƏYƏ, MƏNİ MƏHƏBBƏTİN QOYMAZ ÖLMƏYƏ. ƏZİZİM,ÜMİDİN GƏRƏK SÖNMƏYƏ, MƏN SƏNİN YANİNA QAYİDACAĞAM. |