2. ADSIZ ADALAR (4)101 Saylar Birər birər Çılpaq düşür Masa üstü kağızlara Bu iş Birər birər İş birincisi Və ikincisi ağı Və imgəsi Birər birər ölüm Bu ölüm Birər birər bölüm Və püş gedir hər yerə Və böylə qədərə Qadın Və qadınlıq üçüncü deyə Kulublara Birər birər Bilə baş yazısı 102 Azır Arxda azır Və Azır ovcuma arxda bir balıq Və O varlıq Arayır su izlərini Və Əsırlik alıbda gözlərini Üşüdür əlimi soyuq ləpələr Və mən Bir ləhzə Su üzünə baxır Və Balıq yerinə sezir özünü 103 Yaşayış Bir kərə Kədər vəya şən İnsan üçün Və mən ilə sən Onlara ortaq Ancaq Xəyanətsiz Və bu Doğru bir dilək Və bir örnək Qəhveyi küçələrə Yağır Ard rda xəyanət Və böylə xəyanət içində Şərəflə yaşamaq Bir arzıdı əlbət 104 Bağrır Və Dişi üstündə bağırır Bir yaralı aslan Gərgin Və didərgin didərgin Arayır Çölünü çölatını Və o hələdə Dişi üstündə bağırır Səsinə yox yanıt dağlar 105 Cəlad Göydə gövdələr Və yerdə Çırpınır Əllər Və başlar Bilə tanrıda Duyməyır çırpıntıları Və şəritdən aslanır gövdələr Canlı paltr kimi Və şərit kölgəsində otlayır Qoyunlar Quzular 106 Kədər Çağırısız bir qonaq Havaq Gözlərimə gedir Buludlanır qəlbim Ancaq İçimdəki sevgi Və onun devi Ümid ölçüsü Arzılara 107 Bu gün Gözlərim evdə qalıb Eləbil Hər zad bir boya alıb Və mən Bir ayaq utqunaraq raki Bir güllə səsi Dolaşır parki Və candan ayrılır Dal arxasındaki 108 Bizə nə öncəsində bir şarkı Sonu Və Yurd Çilənərək içinə Manqurdlar qundaqlayır Onu Və ötəsinə Burax getsin ilə Suç dolu Və Tabut Suçu 109 Düşür oyanıq Özgə qonaq Və Diləyir buğ yağı Ev yiyəsindən Ancaq Ev yiyəsi Yağsız Və Kandara doğru Bilə kandara doğru Və harasız 110 Flomark Və İçinə qaznaşır alış satışlar Və bir toplum Yalavaclar Gün aşırır Və onlar Necə aşırır günü Və bir çox ancaqlar bütünü Dolar yanğını Və ciblərinə aslaq əllər Boğaz ilə Ağız işcisi Və Alman görüşünə qayğısız onlar Və onlar Alçaq ada toplumu onlar 111 İllər Axışır axışır Sankı quş kimi Və ulus ilə ulusat Qızılca tutmuş kimi Və bu gün Saman sovrulmuş kimi Sezilir meyidlər Və göydə əllər Yerdə mən bir ata Köksum üstü tabut Qanlı kəfənsiz aşıram Kölgələr 112 Qalalar Bansız Və Həyat ölü kimi oyansız Və körpələr hər yansız Ana döşlərindən Əmir qorxu O haldaki Qorxunc yazılar Ağız qapadar Və bilki Bu deyil yuxu 113 Bir kövşən döşü Şor Və şoranlıq Ora itirmiş baharlığını Və bir zaman əlvan çiçəklərin Və qu quşlarının yurdu ora Ama indi onların yerinə ulayır Bayquşlar Və kövşən döşü Bunada şükür deyir 114 Bu Və bu Köhül dibi Dərin Və Dəmir qutular Çəkir özünü Və içində qandallı ayaqlar Sibiri sarı 115 Qoşa qartal Ora Doğru Və ora Ağ abbağ Pamir Və Cığırına qoşa ər Və onlar Pamir yarışna Gəlməz Gedər 116 Bir neçə Ölkə Birləşib somurur birgə Xəzər əmcəyini Və xəzər deyir birini Mən Bir əsir kəniz kimi zəncirdə 117 Avropa Və Saat On iki gecə Mark Və dolar öpür gövdə Və milyonlar düşürdə dərdə İçir Qazet tüstüsü Gecə Və saat on iki M. Ərğəvan (OVERTURA KİTABINDAN) |
Çağırısız bir qonaq
Havaq
Gözlərimə gedir
Buludlanır qəlbim
Ancaq
İçimdəki sevgi
Və onun devi
Ümid ölçüsü
Arzılara "
şiirlerle gelmişsiniz...ne güzel gelmişsiniz değerli şair hoş gelmişsiniz..
kutlarım güzel dizelerinizi yürekten...
sevgim saygım selamlarımla...
not:
şiirler dikkatli okuyunca anlaşılıyor ..tam türkçe çevirilerini de yazsanız daha çok okuyan olacaktır değerli şair ...