2. ADSIZ ADALAR (3)81 İpək Və ipək mürgülü Bilə ipək ulduzlara Yaxın ipək yaz Və ipək karın Bismark küçəsində Və İpəksiz gecə gözlərində Üç damla kədər Bu qədər Alanagda Adaxlısı itgin Qızı anılayır Kağız çiçəklərə 82 Anlara Ağrı Və anılara Yalquzaq ağac kimi Bu ağrı Və Baş budağında Tək alma Və qabığında Dimdik yeri Və sınırsız ağrılar qədəri Qalarğı gedir 83 Tanrısov cocuqlar Pinar Və ari sular kimi Kükrənir tanrısov Tanrısov Və mavi beşiklərə bahar Və bahar yağışı kimi Onlar Mərci mərci Ana iblisə sarı Boy atırlar Və böylə bir uyarı Mən körpəliyi ana iblisin özü Ancaq Sevgimin gözü Cocuqlar 84 Üç Və üç say düşü Nə uyğu Nə başı boşluq Və nədə bar əsrukluğu Birinci Ovcumdaki ulduzların Beşdaş oyunu Olduqca şirin Və ikinci Atır yavaş yavaş Boynumuzdaki Boyunduruğu Və tutur balıca toyunu Olduqca şirin Və üçüncü Başlayır orucluğu Ama ac Və susuz Gəlın gedir Həşəri gilə 85 Əyər Altun Və xatun Dəyəridi yaşamın Quşqusuz Və könüllü bağışlayıram sizə Və Bağışlayıram Doslara Və düşmanlara Ama Mən özgürlüyü Arayır Qazamatsız Və arayır Polisiz Bir ölkə arayır Ölkə 86 Gün Və bizim gün Bibər ilə sirgə günü Və bir tikə yükünü İnsan çəkir günlərə Və inanki Keçidlərə Döngələrə Bu bir sorum Və öylən üstü kimlərə Saray uyğusu Və Kimlərə son dülümün qurğusu 87 Ayaqlar Öz ilə çəkir Özünü Və öz olduğu yerə Qarış qarış hörür Nəsnə düzünü Nə böylə nəsnə Və bu kimi nəsnə Göyərir sənə Mənim kimi Sonsuzlara Nərgiz nərgiz 88 Bizim gazet Kimə çörək ağacı Kimə çomaq Və nimdaş yazılar Qalaq qalaq Ağacdan as deyir Ağızdan sus deyir Ağalar Və Hər bir sətir Seyr edir Tribon acılarını 89 Saqın Qar qarışq buzlar Və çisgin Qurd gözü deyil Unur çalsın şişənə Və saqın Şaman ilə İnsan aşqına düşənə Düşür mən günü Və mən Çəkir şaman uğuru Qurd kimi Və Dədəqurqud kimi Söz aşqına saz boyu 90 Çalıram Bir ah Və mahnısı Şüşələrə Köşələrə Və mən sızıltısı Tarsız Və kamansız oxuyur Üç ayaq pir kimi Özümü 91 Döşə düşür Qar Qonur qorxu Və Bayquş təki onlar Ama Üzü quylu 92 Burda iki cocuq Və biri Bir aylıq Bura Hara Burda bura Yalqız fshşələrə Və yarınsız cocuqlara Gerçək filim sərgisi Bura 93 Bir çöl tanışlığı Və Bənzəyir şoru Kipriklərimin kök yerinə Və şor seyrinə Süzür gözlərim Və böyləsov Arxasına qum göyərib Duzlu Sanki Bir qara çay kolu Şora könlüm Şora Və ora Bir fəfasız oyu Şor çöl boyu 94 Amansız Və Ləhzələr amansız baxır Gözyaşlarına Və zamansız Tanımayır kimsə Və kisə kisə Yağırır ağrı Böylə ağrı acı dəyirman Və buğdası İnsanlar 95 Mən ilə dənız Və qıyıq ucu Bir qarışqa Və bir an sular boyna Balıq kimi Və Ləpə hıcqırığı Çəkir qoynuna Onu amansız Və biz Sezır sorumsuz Bir dünyanın sonunu 96 Yağır turşu Və Düşür turş damlalar Koma gözünə Və olay turşusu Öz özünə Törədır savayılıq Bu ayrılıq Haca yollardaki Üç ayaq qocanın Son qazancı 97 Bağ Və mavi hava Və Bir palıd budğlari Üzüquylu Və uzaqdan bənzəyir Yaşıl çadıra Və yavaş yavaş Gedirəm budaqlar ara Və gözləmədən Qoşa pişik sezirəm Və sanki malaçı onlar Biri kağız kimi ama Yerdə kürəyi Və ikinci Canlı fırca Yoğurur əsər Və deyirəm Bu bir aşq Və deyil Bir gecənin əsrukluğu 98 Ah Qaran quşlar Siz qanad çalın Ağrılara Və sizinlə buluşur acılara Gərin Sinə gərin Və siz uzaqda ikən bilin Duruşur Vuruşur Ovçular ilə Yavrular vuruşur Və siz Çalın qanad Çalır ulayın Durğunlara Və salın haray uzaqlara Yavrular Güləbatın bənzər Üzü aslaq uçur Oxlara Birər birər 99Şüşə kimi Mavi gölçə Ləpir Ləpir Və Bir çimərci Öz içinə səpələnir O Uzanıb kimi tir Bu mavi səhnədə bir aşq Və Bir şeir Və ipək su özü Üç nöqtəsiz şair 100 Tanrı əlləri kimi Bir kor Tanrı əlləri kimi Düzür yazı yerinə Dəmir nöqtələr Və sıra izi barmaqlar Tanrı gözü Və hər bir sözü Bir hekayə Və bəlkə bir ruman Ama hayıf Yarın o tanrı gözlər Bəzir yağına göndəriləcək Salamsız M. Ərğəvan (OVERTURA KİTABINDAN) |
düşündüğünüzü anlatabilmeniz ne güzel duygu
severek okudum
sağlıcakla kalın