1.SƏN VƏ MƏN KİMİ(2)
(Overtura Kitabından)
21 Xəstə evi Və bir çiçək Dəli aslan dərdi dərir Və göndərir Sonsuz ağrılara Və yaşıl səs ilə deyir =Sən insanmı Vəya tanrısanmı =Mənmi =Hə sən =Heç biri =Bə kimsən =Boşuna ölçən küçələri =Olamaz =Nə üçün =axı Qaytardı həyatıma Ölüsov aşqımı İlk öpüş təri 22 Ötən axşamın Mavi otağında Bir mavi qam Və mən Ölüm Qalım bilə Və mavi ipək incəliyi ilə Oğur köksümü Tanrısov əlləri Mavi mavi Və qəlbimə çilənərək Qalım nanələri Mən ilə qam ölçüsü Masmavi 23 Və Mən Və günləri sənsiz Özünə ögey göyərir Və uzaqlara adsız Üzü guzey əriyir Və bir adsız kimi Öz gövdəsinə boğulur Sən ilə Mən adasız 24 Bağışla sevgilim Var sən üçün Satış yerlərində Göz oxşuyanlar O zadlar Bizə deyil Zənginlərədi Onlar Biz gözlərində Xəyal yxusu Və ağrılar 25 Ol Sən ol Biraz sərxoş Və olamazlığı qoş Və Barmaqlarındaki kənizin ilə Qoş bilə Əsrukluğu qoş Bu doğruluğu Mən qoşum Qoşa başlara bayatı bənzər 26 Sevmədın Ama zor ilə sən Qurdun evlilik Və soyuq evdə Biz soyuq yaşayırıq Bu deyil dirilik Ölümə doğur İz iz Və beləlik Keçir soyuq günlərimiz Və indi cocuq evləri Alınımızın qara möhürü 27 Biz Əkinçiyik Dərməyirik Əkirik Və tarlamızda mən Sevgilim ilə Topraqlara bitirik Və biz yeni qoşaq üçün Çardağımıza çəkilirik Gözlərdən gizlin Çün Calağımıza tanrı deməyir HƏ 28 Yaylaq Ocaq Çaxır Və köz üstündə Kabab tüstüsü Və günorta üstü Aşqın Nehrəsi çalxalanır Yaylaq boyu Və eləbil Dişi aslan toyu Çıplaq yağışlara düşür 29 Qıl Lağ qıl Və sal ələ Bu vurğunu Və böylə Sən çıxarı bir qıl Və artıq tələsmə Yürü yavaş Və bilki Qıl körpüsü gözləyir Səni 30 Ömürümü Boya boya Sən gözlərinə çəkirəm Və köçürəm Öz xəyalıma malaçı bənzər Və sən Uzaqlarda kimi qədər Dayanma yürü Və bir gün sən ömürü Mən dəftəri kimi Pozulmuş varaqlar 31 Bəbəklərimdə Üç damla Biri yaş Biri ah Biri qan Onlar kipriklərimdə Biri yalvarış Biri özləm Bir ayrılıq Və son Bu son Sonu Sən gözlərində Bir öc şəkili Və Mən məzarı üstünə İki yarpaq göz səsi Və Ayrılıqlar nəğməsi 32 Bilirəm Və Bilirəm sevirsən Çapqın olduğumu Və Mən vurğunu Bir zəki bilirsən Və bilirəm Sən Bilirsən Çalıram baxışlarından Sevgi doğrusunu Və suçlarımdan vaz keçib Qoynuna çəkirsən Mənim kimi bir oğrunu 33 Sən danış Bir dodaq kimi Və susduğunda Əsin əsim var Qurumuş yarpaq kimi Və bir güz boyu mən Kölgəli gözlərin Göz çanağında iməkləyirəm Və uğursuzluğum Payız yarpaqlarındaki inilti 34 Sevgi Sevir köləlik Və bir qələmə Sanırsan məni kölə Və Çoxda öyünmə belə Gəl bilə Yağmur altında durayım Getsin Bəzək səndən Məndən kir Onda seyr edərsən Kimin gözəl olduğunu 35 Xəyal içində birgə Və keşgə Əsrukluqdan ayrılıb Gəlməzidim sənə Keşgə Və sərxoşluğun Alagöz kəbəsı Gündə yüz ayaq Mənimlə sənsiz 36 Mənə gəlir ləhzə Düşünürsən Borcunu Və bilirəm Sözsüz ödərsən Ancaq deyirsən Olsun tanıq Və bir yanıt kimi deyirəm Səndəki gözlər Məndəki sözlər Olsun tanıq deyə Ödə borcunu 37 Sən Nə düşünürsən Özgürcə düşün Və böylə bilki düşündüyünü Anlamiram Və sən Mən üzür Ama üzüldüyümü Danlamıram Və görürsən Qorxudan qocalığım Tir-tir Bu əsmə çəkir Sənə toxtaxlıq Və mənə Bəncirlik sonu 38 Sən Göy gözlərin Göy tanrısı Mən bəbəklərinə sürmə Və mən Royalardan ıraq Bir iblis sayaq Sənə gəlirım Sənə doğru 39 Mən Bir kərəm Səndə sən Bir əsli Biz ayı Və ili nağıllar sarsı Və indimiz Leyli xəyal arısı Aşq filimi kimi Və biləyim Məcnun yazğısıdı Quşqulara istəyimiz M. Ərğəvan |