1. SƏN VƏ MƏN KİMİ (Overtura)
Sən ilə mən
Və birdə Masmavi çinar Və biz üçün Çalğı çalır Yarpaqlar Və çiçək kimi dodaqlar Mən ilə Sən içir Və köçür Kölgəmiz Və Bilki Olsa da alahı ölkəmiz Dərd bir Və boyası bir dərd 5 Gözlərim sarı balıq Sara sulara Və özləmin Qu quşudu quşqulara Və sən sanmaki Bilinməyir dodaqlarındakı Diş gözü Və diş gözü deyir Sənə qoşduğum nağıllara Mən Bir ağ nağıl Ama sonucu qara 6 Sınanır Ahın naxışlarındakı Sən üçün Yanğınındı deyə Və Arxasındakı Duz gölü coşur Və qoşur Kipriklərinə ləpir şoru Bilirsənmi səndən Nə qalıb mənə Yalnız öc Ama Mən yoğuru Öclərə tanış Və sən üzünə doğru Gildir gilələr yazğısı 7 Gülüm Yaramaz qatverdilik Bir yerdə Və bir evdə Əyləniriksə qoşa Sən ilə mən Söykəniriksə baş başa Və bilməliyik Aldatmağın Və aldanmağın sonunu 8 Səni Sarı gülün sevincinə Bənzədirəm Və Özümü tikansız kədərə Və sən Solğun kimi Payıza dal Və orda qal Sezim Xəzələ alındığını Və bir gözləmə kimi Arasın səni xəzəl boyu Bulmacalar 9 Sən Və mən Olsaqda birgə Ayrı düşür İzlərimiz Çün Sən saçı sarı Hakim qızı Ama mən qara saç Və düşüncəsi məhkum oğlu Və deyirəm Olunca Əsir xalqın şah dirəyı Keşgə doğulaydım Hakim ulus köpəyi 10 Sarınayım Bir ayaq Və bir ayaq İçəyım Və içiləyim Bax Və burax Sevgilim bu gecə Üstündəkiləri Və sən gözlərindəkiləri Mən oxşasın Pəncərə şüşəsinə Ay kimi 11 Bəlkəsız Bu axşamdayam Qanadsız quş kimi Sənsiz Gülüm Körpə yuxulara Uymuş kimi Sənsiz Bəlkə bir daha görəmədim Sezdiklərimi Və Bəlkə bir daha Gəzəmədim Olduğumuz yerləri Sənsiz Və oyanıbda royadan sənsiz Gözlərimi borc atıram Allaha Və Borcumun yerinə Bir əsa gəlir Sənsiz 12 Soyunur Və Soyunur ovuclarıma Çılpaq duyğular Soyunur Və köklər Köpür-köpur Çiyinlərimə soyunur Və iməkləyir Göydə onlar Və dodaqlar Öpür-öpür Soyunur yerə Yağışlar kimi 13 Vəfa Nifrətin Əzizim kimi Bilə Vəfa ilə Sevirəm Nifrətini sevirəm Və bir başa Olur qar yaşımız Və daşlanır sən Vəfasızlığı Və kin ortaqlığı Sevgimizin məzarı 14 Park Və Kimsəsiz Bir dan dönəmi Və bir an önəmi Heca səsi Yarır susqunluğu Və Həsrətinə ölürəm Dodaqlar soyğunluğu Naxış salır Hüzur yerinə Və Yasəmən kimi oxşayır İki qəlbin yasını 15 Mən Və vırıldığım bir qəlb Və o Duymadıqda sevgi düzünü Atıram Uzaq soyuqlara Bir daş kimi Və Ardınca uçur Yaşanacaqlar Və aşır aylar Qonur yerə göyərçin bahar Və tumurcuqlar Geri dönür Və bir ovuc ayrılıqlar Aşq hüzuruna diz çökür Daş qəlb ilə 16 Vəhşi Və qızmışlığı Həşəri Oyerdə kimi Vəhşısən Ancaq Çaxır gözlüm Bilməlisən Ac Və Yırtıcı aslan yuvasıdı Uzandığın yer 17 Paris və Sən əllərində Qarpız Və bayıldım Baxışlarının nanəsinə Bayıldım Və mən inanıb sənə Tək dilim qarpız yedim Və indi Şəkilim qazetlərdə Və Aranır qarpız oğrusu 18 Sən Bir cadugər Mən Bir falçı Və ovcunda əlim Və Bəbəklərindən Çilənir ağ ışıqlar Bəlkə bu hal Tiryak yuxusu Və doğru deyil Ama Bu fal duyğusu Royasız Və sankısız Buğdeyi qollar Eləbil Cin belinə qurşaq Və mən bir oturaq Cadugər falına baxıram Həşəri 19 Durğun sular kimi Kimi dalğasıız danışır Gözlərin Və Baxışların kimə düşür Qəlbini qoparır Və əsir aparır Və mən Sevdalar Və çaxırçılar Savaşçısı Bilə yenılməzliyin qazancı İçiləcək çaxırım Və aşq səhnəsinə Çıxarım Olub şimşək Və sevdalar üçün çaxır Və yaxır Bu kən Sən Hüzuruma yesir kimisən Və kirpiklərim Sarınıb gözlərinə Buraxmayır gözəlliyini Durğun sulara 20 Sevinc və sevincgiləm Ala-toran küçədə Sən idin tələsik Tələm E-hey Çaxır giləm Mersedes benzidə Sən Yerdə Yağmur altında mən çətirsiz Və hər ikimiz Aşqa vəfasız Və Bilki görüşdən sonra Qalıb mənə Dörd duvar İki çanaq duzlu göz Və bir çəlik yadıgar Sənsiz Və haçan Görüş yerinə düşərsən Bir çimdik torpaq götür Və gətir Vəfa heykəli boyu Çilə topraqlar M. Ərğəvan |