OVERTURAŞiirin hikayesini görmek için tıklayın OVERTURA ŞİİR KİTABI
M. Ərğəvan ( Əmiri Alanaq) Sən Və Sən gözlərində Uyuyub mən Bir dəniz kimi Və ləpələrində Solğun şəkilin Və mənə sarı Uzanmış bir əlin Deyir Atdığın Və unutduğun cocuqlar Xəyanətin qalıqları OVERTURA BERLIN 2007 Bilgisayara yığıdı M. Ərğəvan Texniki işlər M. Azər Malacı Z. Dəlibalta Buraxılış Stockholm Say 2000 Dəyər 20 dolar OVERTURA M. Ərğəvan( Amiri Alanaq ) İçindəkilər 1. Ön söz yerinə 2. Düşünəyim kimi 3. Sən və mən kimi 4. Adsız adalar 5. Adlı adalar 6. Şaman ulayır 7. Daşqalaq 8. Overtura 9. Özləm parkı 10. Can qıfıllı 11. Səmfonu boyu (Məndə bir mən aranır) 12. Qalarğı bir ah 13. İyirmi bir nöqtə 14. Qısırlıq 15. Balalıq biliyurdu Sən Və Sən gözlərində Uyuyub mən Bir dəniz kimi Və ləpələrində Solğun şəkilin Və mənə sarı Uzanmış bir əlin Deyir Atdığın Və unutduğun cocuqlar Xəyanətin qalıqları M. Ərğəvan ( Əmiri Alanaq) BERLIN 2007 ÖN SÖZ YERİNƏ Və sən Açıq göz ilə bax Və mən Baxdığım kimi baxsan Və tutduğun susqunluğu Buraxsan Əzizimsən Əzizim Və sən Yücə baş ilə öyünə bilərsən Düşüncələrimi düşünsən əyər Bax öncə susma Və asma Qulaq asma Sənə uzun qulaq Və Uruspu cocuğu deyən ağızlara Mən onlara Dənizlərdən Okyanlardan demirəm Bax əzizim Bax Seyr etdiyin Alanaq Yoğurub mən kimi Bir sısqa bulaq Zamanın özü boyu M-Ərğəvan Berlin 12-12-2006 > > > > > Düşünəyim kimi Öz ana dilini bilməyən bilgin, başqa dillərin və bilimlərin uzmanı olsa da yenə bilgisizdi. Ana dili düşüncə tərzinin və dirçəliş dizgəsinin özəl qaynağıdı. Zaman və gündəliyimiz belə göstərir, ana dilindən soraqsızlar ilk öncə özünə və sonra ulusuna yağı kimi yanaşır. Elə bu nədənə görə bir sıra Güney ilə Quzey və Türk dünyasının bilginləri (( inkarcçılar dəstəsi )) Rus, fars və Ərb Şovinizminin cirəsiz köləsinə çevrilmişlər. Ya da dünyanın harasında olur olsun, bu inkarçılar dəstəsi ulusumuza yağı güclərin çomağı olub, yeni qoşağımızı kölə qılmaq üçün əllərindən gələni əsir gəmillər. Düşün sevimlim bir daha dərindən düşün dediyimi. Mən belə düşünürəmki on-beş ildən artıq Overtura toplusu üzərində, hardan-haralara düşünüb bilə daşındım. Yol boyuca inkarçılar sınırını yarıb irəli yürüdüm. Bunu yalnız mən bilir birdə əlinizdəki yazıqalağı. Bilə qasırğalı sürəc içində sınıq gəmi kimi dənizlər və okyanlar iməklədim. Mən ölkələr ilə şəhərlər aşaraq, inkarçıların ölüm düşərgəsinə tuş gəldim və mənim geriyə yox yalnız qabaqlara yolçuluğum gələcək qoşaqin özgürlüyü üçün olmuş deyə təhlükəli yollar aşıram. Hər döngə başi və hər atdım sonu insanlığa düşman ilə qarşılaşıram. Bir düşün sevimlim yeni düşüncə yolçularına qurulmuş busqular hər ləhzə boyu öz qurbanlığını gözləyir. Bu təhlükələrin hər biri bir əjdaha kimi can atır öncül utmaq üçün. Oxucum düşünki doğru 3 bu təhlükələr içində yaralı çıyınlərimdə Overtura toplusu və könlümdə mən aşqı ölümə sinə gərib yaşayıram. Bir düşün sevimlim bir daha düşün sənə və sizlərə on-beş illik Toyan adlı ədəbi məktəbini təmənasız bağışlayıram. Ancaq düşünki bağışladığım yarpaqların hər biri öz ayaqları üstündə durmuş bir dünya kimidi. Biz ilə siz bu günə qədər oxuduğumuz şerlərdən deyil bu çələnk toplusu. Dünyamızın hər bir köşəsində könül yaşadacaq şer olduqca azdı . Oxucular bunalım içində sankısız bir zad arayir üç nöqtəsiz. Overtura çələnginin varı varlığı imgələrə və duyğulara açıq söykənibdə inanc və yüksək amac daşıyır. Sevimlim düşün və bir daha düşünki hər bir söz üzərində dayanib bilə düşünəcəksən. Düşünmədən toyan yolçuluğuna çıxmaq olduqca zor. Bu cümlə çoxlar üçün gülünc və bəlkə bir boş söz. Anacaq məncə bu yol könül dolu dönməzlik aşqı istəyir. Əyər bu könul sənə tanışdirsa toyan qapıları üzünə açıq və aradığını bularsan demək... Yeri var, sayın dostum M—Azər bəyə sağ ol deyimki əsərlərin yayılmasına və Azərbaycan dərgisində hekayələrın basılmasına olduqca çaba göstərmış. Sayın oxuculara bildirmək gərəkir yayılmış əsərlərdə bir çox bilgisayar ilə bağlı yalnışlıq gözə çarpırdı. Bu çatışmazlığı əl yazmaları ilə tutuşdurub olduğu kimi yazılıb. M Ərğəvan |
Gelişin mutlu etti...
Overtura şiirlerini bir de bu sayfalarda okumanın mutluluğunu yaşadım...
Kalemin daim olsun.
Kutluyorum
Saygı ile