3
Yorum
9
Beğeni
5,0
Puan
197
Okunma
Dedin gözlə məni, biraz da səbr et,
Səbrlə gözlədim, səni heç atmadım.
Dəstək oldum ki, sən hey qabağa get,
Amma növbə yenə mənə çatmadı.
Sən hər dəfə yeni bəhanə tapdın,
Məni öz kölgəndə gizləmək üçün.
Sağalmaq bilməyən yaram qanatdın,
Necə rahat dedin “Ayrılaq!” sözün.
Demək ki, səninçün sevgili, yar yox,
İstismarı məhdud vəsaitmişəm.
Yolunda kül oldum, qəlbim sındı çox,
Səndəsə qalmamış heç bir iz məndən.
İndi hər şey açıq-aydın ortada,
Hər kəsin gördüyün bir mən danmışam.
İllərim gedirmiş uğrunda bada,
Səninçünsə mən heç olmamışmışam.
Nə deyim, get, yolun açıq olsun, yar,
Ağır söz deməyə ürəyim gəlməz.
Sən silsən də, mənə bütün olanlar,
Yenə çox əzizdir, izi silinməz.
Mən də düzələrəm, zamanla keçər,
Sağaldar qəlbimi yeni sevgilər.
İnsan nə əkərsə, onu da biçər,
Qeyd-şərtsiz sevgi də gedərmiş hədər.
5.0
100% (6)
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.