4
Yorum
13
Beğeni
5,0
Puan
204
Okunma
Bu qədər yaxşılıq etdim hər kəsə,
Hamısı boynumun borcudur sandı.
Qəlbim qurban oldu biri istəsə,
Yaransın deyə hey özünü dandı.
Dostum dediklərim bu sirdaşlığı,
Cansız bir gündəlik, tək tərəf bilmiş.
Hamısının o uca dost-yoldaşlığı,
Özünün getdiyi yolla bitərmiş.
Nə cana, nə vaxta heyif demədim,
Təki sevdiklərim sevinə bilsin.
Sevdiyim insanlar oldu məbədim,
Onların arzusu, istəyi dinim.
Birinin dəyəri tavana vurdu,
Mənimki nə umdum, nə buldum oldu.
Xəyal dünyamı da həyat uçurdu,
Amma şans verilsə, nələr olurdum.
Bu axmaq ürəyin artıq əlindən,
Yoruldum, canımdan bezar olmuşam.
Həyat tırtək keçir hey üzərimdən,
Öz-özümə quyu qazar olmuşam.
Kimlərə dost oldum, kimlərə yoldaş,
Özümtək qarşıma heç dost çıxmadı.
Müdriklik vermədən ötdü, keçdi yaş,
Avamlıq əzmimi heç nə yıxmadı.
Hələ də tam qüvvə davam edirəm,
Qəlbimi millətə palaz etməyə.
Adı arsızlıq bunun, bir arsızam mən,
Bilmirəm bu ürək inanır nəyə.
Kor-kor, gör-gör, hər şey dümdüz ortada,
Dəvə əylənməkçün çağırılmır toya.
Lazım olmasam heç düşmərəm yada,
Amma dəyərsizlikdən bilmədim doya.
Yetər artıq yetər, bir özünə gəl,
Qürur tükənməsi oyuncaq deyil.
Ömür tam bitmədən silkələn, düzəl,
Həyat ikinci şans inan verməyir.
Topla bütün qalan son qürurunu,
Çıxar həyatından hər vəfasızı.
”Yox” deməyi öyrən, unutma bunu,
Hamı bilməlidir olar, olmazı.
Nə qədər ömür var, bəlli deyil ki,
Qalan günlərini özünçün yaşa.
Saflıqdan başına gör nələr gəldi,
Yenə dərdlərinlə qalma baş-başa.
Qoy biraz da sənsiz dönsün, dolansın,
Dünyası yalançı, saxta dostların.
Biraz da yerinə qoy onlar yansın,
Sənin də qürurun qoy olsun yarın.
5.0
100% (8)
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.