YA DOSTUM OL MƏNİM YADA SEVGİLİM
Gəl biz ikilikdə bir fikrə gələk,
Bir də aramızdan keçməsin külək. Hər günün, hər anın qədrini bilək, Danış,ürəyindən keçəni bilim - Ya dostdum ol mənim, yada sevgilim! Gəl, baxma üzümə daha yad kimi, Şölə saçsın saf eşqimiz od kimi. Səni xatırlayım şirin dad kimi, Qoyma ürəyimdən eşqini silim - Ya dostdum ol mənim, yada sevgilim! Ötüb keçən anlar qəlbimizdə iz, Şirin xəyallara həmdəm olaq biz. Özün de, mən necə yaşayım sənsiz? Əgər küsmüsənsə de, hardan bilim - Ya dostdum ol mənim, yada sevgilim! Unutsaq bir vaxtlar səslənən andı, “Sevmirəm, çıxıb get” - demək asandı. Dediyin hər sözə məni inandır, Bir anlıq titrəsin dodağın-dilin - Ya dostdum ol mənim, yada sevgilim! Keçir dərd içində hər anım daha, Gümanım qalmayıb mənim sabaha, Sənə and verirəm uca Allaha, Bir kəlmə xoş söz de, özümə gəlim - Ya dostdum ol mənim, yada sevgilim! MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV |