3
Yorum
5
Beğeni
5,0
Puan
2199
Okunma

Könlüm hey can atır yaşıl bağlara,
Xəyalım yön alır sənli çağlara.
Dön gəl, ikilikdə gedək dağlara,
Buralar istidi, dözəmmirəm day.
Xəstənin yadına nar düşən kimi
Iştaha salmısan sevən qəlbimi.
Deyirsən, sevənim çoxdur sən kimi,
Nişan ver,bir göstər,görəmmirəm,say.
Mən əsil məhəbbət, sevda səslərəm,
Qəlbimdə əbədi sevgi bəslərəm.
Könlümü vərərəm,könül istərəm,
Neynirəm yalandan bədavə eşq pay.
MÜƏLLİF:SEYMUR SÖNMƏZ (PAŞAYEV)
07.06.2017
5.0
100% (2)
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.