Sənli günlərimi unudacağam
SƏNLİ GÜNLƏRİMİ UNUDACAĞAM
Sənli həsrətimin kökü dərində, Qəlbim tüstülənir görüş yerində. Bəlkə də dözməyib günün birində - Sənli günlərimi unudacağam! Qəmli xatirələr toz basmış “dəyəm”, Özüm də bilmirəm canlıyam, nəyəm. Üstündən qapqara xətt cəkəcəyəm - Sənli günlərimi unudacağam! Biri görəcəkdir hərdən dəm məni, Biri zənn edəcək ağlı kəm məni... Yüz yol öldürəcək bu sitəm məni - Sənli günlərimi unudacağam! Sanma məhv olmuşdum qırılan kimi, Təzədən saflaşdım durulan kimi... Özgə birisinə vurulan kimi - Sənli günlərimi unudacağam! SEYMUR SÖNMƏZ PAŞAYEV© |