Var ticarət deyə həzm etmə ticarətdə riba
Var ticarət deyə həzm etmə ticarətdə riba,
Görür hər bir şeyi Allah, yemə xəlvətdə riba. Faizin zülmünə mülkün itirənlər çoxalır, Hansı üznən deyilir yoxdu bu zillətdə riba? Kim əgər faizi görmürsə riba olmağını, Nə edim mən, bitiribdir onu qəflətdə riba! Kim ki, qəflətdə yatıb onlara aiddi sözüm, Sizə bir – bir sayaram bir neçə hikmətdə riba. Su, işıq vergisi, qaz vergisi artır, hələ var Qazın üstündə limit, al sənə dövlətdə riba! Yenə çatmırsa bəsirət gözümün nuru sənə, Nə deyim day, yeri tıx hər cürə fürsətdə riba. Anarın borcu idi haqqı deyib çatdırsın, Daha məs’ul deyiləm kim yeyə qismətdə riba. Müəllif: Anar Əhəd |