Men inanmıram
Bir birini yeyən bu yam-yamlara,
Sən heyvan deyirsən, mən inanmıram! Əqidədən yoksun, bu pürkamlara, Sən nadan deyirsən, mən inamıram! Nadandan da, heyvandan da aşağı, Məntiqi bulanlıq, sözü bayağı, Görkəmi çil-çiraq, insan sayağı, Sən insan deyirsən, mən inanmıram! İnsanlıq həstədir, halı nahoşdur, Aşiq də, məşuq da sözdədir, loşdur, Sevgisi çürükdür, sevdası boşdur, Sən canan deyirsən, mən inanmıram! Gələni götürür, canidi dünya, Dadırsan doymursan, anidi dünya Nəyinə vurulum, fanidi dünya!? Sən heyran deyirsən, mən inanmıram! Nə mən nökər gəldim, nə də sən ağa, Ömrüm boş işlərə, gedir sadağa, Keyf damağ çəkməyə, ya kam almağa Var imkan deyirsən, mən inanmıram! İnsanlıq keçibdir şeytan səfinə, Uymur yaradana, uyur kefinə, Hər cür şər əməlin müəllifinə, Sən sultan deyirsən, mən inanmıram! |
Axşamın xeyir
_____________________________Salamlar