0
Yorum
5
Beğeni
5,0
Puan
163
Okunma
İndi akşamlar mənim ağuşumda qarışır,
Təkçə sən ağuşumda dincələmmədim, heyif!
Hətda sükut da mənim ləhçəm ilə danışır,
Mənsə sənin dilini öyrənəmmədim, heyif!
Deyirdinki səninəm, humar gözlər sənindi,
indi yadlarmı bakar mənə yurd olan gözə?
De kimlərin dodağı layiq görülür indi,
"Səni sevirəm" deyə mənə vird olan sözə?
Bir fincan qəhvənin də qırk il hatırı varmış,
Əlin dəyən fincan da qokunu unutmadı.
Varlığında duymadıq, yokluğun ətri varmış,
Dokunduğun çiçəklər başqa sığal tutmadı.
Bu əngin şəhəri də sənin üçün sevirdim,
İndi küçələri belə and içir sənsizliyə.
Səni sənsiz küçələr dastanına çevirdim,
Məni bu küçələrdə yalnız qoydun nə deyə?
İndi hər bir şeirimin gizlənmisən içində,
Nəğmələrim ayrılıq, bəstələrim əzablı.
Bir sevda nəğməsiydik, yaşadıq bir biçimdə,
Hər hatıran bir hancer sınıq könlümə saplı.
Unutmuşdum özümü sənə tərəf üzərkən,
Demək sən deyilmişsən varacağım sahilim.
Sevginin serhoşutək səmalarda gəzərkən,
Məgər dərin sularda boğulmuşam, nə bilim!
Ahı sənə, vəfasız, "tək sənsən" dediyim gün,
Kainat qədər geniş qəlbimdə yer almısan.
Sonsuzluqdan sıfıra evrilmisən büsbütün,
İndi bir başqasının kölgəsində qalmısan.
Anladımki məhəbbət hər gələnə sunulmaz,
Ülvi məhəbbət yalnız, aid imiş Allaha.
Özümə verdiyim söz —sudan heykəl yonulmaz,
Fani olan nə varsa vurulmamaq bir daha.
5.0
100% (1)