Hakkı arayış
Dörd yanımda gəzən bu meyhoşlara...
Bakıb düşünürəm... Dalmışam yenə... Ya bunlar insandı mən başqa məhluq! Fikirlər dolaşıq, beyinlər bom-boş, Keyf üçün yaşayan, sürü ya çokluq! Nə üçün yaratdın bizləri ya rəbb? Fikir çəmbərində qalmışam yenə... Bakıb düşünürəm, dalmışam yenə... Ye-iç, əylən nə gözəl bir dəb! Bunamı yaranmış, bumudur amal? Eləysə bədənim nəfsimə hambal! Eləysə mənə də yazıqlar olsun! Yoh yoh inanmıram! Bu insan mükəmməl bir məhluq isə, Burda uyuşmazlıq görünür nəsə... Yaradan mükəmməl, yaşayış həvəs!? Haşa! Sən etməzsən heç nəyi əbəs! Hər şeydə bir hesab... hər şey mükəmməl... Demək insanda da vardır bir payə. Onda bam-başqadır, hilqətdə qayə! Biz səni haqqıyla bilə bilmirik! Sənin hədəfindən azıb- aşırıq... Haqqı unuduruq... Yoldan çaşırıq... Sən bizi bağışla! Bağışla lütfən! Deyəsən üzümüz dönükdür səndən! |