Deyil!
Sərhoş eyləməsin bu dünya səni,
Sunduğu zəhərdi, dost malı deyil! Əksik eyləməyir, qəmi qüssəni, Köçəri dünyadı, qalmalı deyil! Ömrümüz əriyir, hey qalmaqalda, Mələktək dünyaya gəldiyin halda, Ölüncə ölürsən başqa minvalda, Cənazə namazı qılmalı deyil! Dünyaya gəlişin toy bayram olur, Ziqzaqlı bir ömür yola ram olur, Gedişin göz yaşı və matəm olur, Sonu faciədi, gülməli deyil! Boş pafosdu, bu şöhrətlər, izzətlər Şeytan pusu qurub, yolda gözətlər, Doyurmaz ruhunu anlıq ləzzətlər, Desən dadını al, almalı deyil! Çalış har düşməsin könül bağına, Onda tuş gələrsən el qınağına, Elə ki şeytanın düşdün ağına, Sən ha saçını yol, yolmalı deyil! İnsanın da gərək ola mürvəti, Haqq yanında, halq içində hörməti, Əmanət verilən, ömür sərvəti, Bir fani uğruna solmalı deyil! |
____________________________Salamlar