Sen deyilmiydin
Yar,mənim gözümün şirin yuxusu,
Ruhumun qoxusu sən deyilmiydin, Buludum,küləyim,yağışın səsi Sübhümün havası sən deyilmiydin? Bu məsum eşq mənim,kəramət sənin, Gözəllik duyğumun,əlamət sənin, Bu qürur səndəndir,bu qamət sənin Bu qulun ağası sən deyilmiydin? Gül olub açılar üzümdə sevinc, Nurlanar dünyada hər bucaq,hər künc, Könlüm razı olar,yuxularım dinc Ruhumun duyğusu deyilmiydin? Ana qucağından ayrı körpəyəm, Ustad əllərinə yaraşan neyəm, Qoyma bənövşətək boynumu əyəm Həsrətin qorxusu sən deyilmiydin? Ey dərviş ruhumun sevgili yarı, Üzünü üzümdən çevirmə barı, Köçümü topladım mən sənə sarı Sevgilərin xası sən deyilmiydin? Dilarə Süleyman |
Salam.....axşamın xeyir