...YAŞAMAK
***
*** Al Günəşin baxışından od alıb Nə alışmaq,nə yanmaqdı yaşamaq. O doğanda şəfəq vurar dan yeri... Qızılına boyanmaqdır yaşamaq. * Yeddi qatı yeddi sətir göylərin, Mavi çatı,qara çətir göylərin, Buludları Yerə xətir göylərin Yağmurunda dayanmaqdı yaşamaq. * Yuxulamaz,umar gözdə gecəni, Kiprikləri tumar gözdə gecəni, Oyalayıb xumar gözdə gecəni Qucağında oyanmaqdı yaşamaq. * Ya sən inci,ya incitsin xar gülü, Sarmaşıqsan,bədənindən sar gülü, Cəsarətin son çilədə qar gülü, Qar altından boylanmaqdı yaşamaq. * Al Günəşin baxışından od alıb Nə alışmaq,nə yanmaqdı yaşamaq... *** |
Yüreğine emeğine sağlık usta
_________________________Selamlar