o adam
Bir adam qəlbində daşıya məni
Gözündən uzağa qoymaya Bir adam qəlbində daşıya məni Nəzəriylə toxunmağa qıymaya.. Qoxum sala çiçəkləri gözündən Kəpənəktək qonam baxışlarına Bir adam qəlbində daşıya məni Yük olmayam vicdanına ,qəlbinə Gündən -günə enəm,enəm dərinə. O qədər güvənəm,o qədər sevəm kimsəni qoymayam adam yerinə. Bir adam qəlbində daşıya məni.... Bir dünya sığdıram yalnızlığıma... Nə əlim boş qala,nə də gözlərim Mənə ömrüm deyib yaşaya məni O adam qəlbində daşıya məni! |
Yüreğine emeğine sağlık
___________________________________Selamlar