Bağışla
həsrətin döndərdi başımı,gülüm!
mən günah elədim günah üstünə. Əllərim üzüldü hamıdan,üzüm olmadı aparım pənah üstünə! Vurdu tale məni sal qayalara Gözümün yaşını gün qurutmadı Danışdım dərdimi lal qayalara Sənə danışmağa əlim çatmadı. Sən məni unutdun sandım bəlkə də, Basdırdın bağrının başında məni, Bu eyni dünyada ,eyni ölkədə Axtarmadın yada düşəndə məni. Ömrü yelə verdim,qəlbimi sənə, Daha heç nəyim yox özümdə mənim. Bəlkə yaşayırsan qəlbimdə yenə Bağışla,ölmüsən gözümdə mənim. |