Nə deyim sana?
Getdiyini sandım ,ürək bomboş səhra kimiydi,
Sanki vardın hər kəs kimi,halımsa tənha kimiydi, Sükutu dinlətdin mənə Nə deyim sənə? Sənmi qəribəsən,ya mən anlamıram sevgi nədir? Qəlbinlə mənim deyilsən,zaman,məkan bəhanədir, Yoxluğu öyrətdin mənə Nə deyim sənə? Gecələrin sonu yox, gündüzlər boşa gedir Ürəyimdən su içsə gözlərim yaşa gedir, Həsrəti satdın mənə Nə deyim sənə? |