GƏRƏK
Hər kəsin bir qisməti var,
Qismətini alsın gərək. Bu həyatı dərk eyləyib, Fikirlərə dalsın gərək. Bir sınaqdır həyat özü, Nəsihətdir aqil sözü. Harda varsa doğru-düzü, Araşdırıb bilsin gərək. Öz-özünə tədbir töküb, Bağ becərib, bostan əkib, Yaşamağa zəhmət çəkib, Can cəfaya salsın gərək. İnsan əzmi-qeyrətiylə, Əməlinə diqqətiylə, Gözəlliklər niyyətiylə, Xoşbəxt olub gülsün gərək. Eşq şərbəti içənlərin, Yaxşı-yaman seçənlərin, Haqq donunu biçənlərin, Mərifəti olsun gərək. Əflatundu diləzbəri, Mən demərəm heç üzbəri. Anlamayan bu sözləri, Zülmətlərdə qalsın gərək. |
Şiir büyük yaşamdır…
Şiir kadar güzel gönlünüz neşeyle dolsun…
...................................................Saygı ve selamlar..