0
Yorum
2
Beğeni
5,0
Puan
497
Okunma
Səni könlüm çəkir,qəlbim istəyir,
Sanki,əkməğimə yağ istəyirəm.
Gözlərin günümdən qaradır,olsun,
Amma,qız,sinəni ağ istəyirəm.
Deyirəm,sevəsən yarım olasan,
Gələsən evimə qarım olasan,
Başıma yağasan,qarım olasan,
Özümü o boyda dağ istəyirəm.
Olmasın dəvəmiz,köşək altında,
Beşcə quruşumuz döşək altında,
Quruca damımız,bişək altında,
Canımı,canını sağ istəyirəm.
5.0
100% (1)