1
Yorum
5
Beğeni
5,0
Puan
720
Okunma
Beyjə biziz
dünyanın iki yaxşısı..
elə bağlıyız ki,iynə sap kimi,
lap dostuz,guya ki.
Sən petrol qoxusu,
mən qara şəhər,
sən yüyən ağzımda,
mən qara kəhər...
Beyjə bir sədaqət
iki arkadaş,
yorub gözlərini yatmayanların
Allahın hifzindən yayınacağız.
Nə olur qoy olsun,
qoy ləzzət olsun...amma...
Beyjə günahların zifaf gecəsi,
gərdəkdə söylənən məhrəm
duyğular,
Qara Şovalyenin ilk
Zəfər anı.
Ən gözəl rəngimiz
beyjə sükutdur,
üstündə kiçicik
zülmətdən ləkə,
yandan görünməyən duvar
tablosu bənzəri
bir şəkil xəyalımızda.
Beyjə iki yaxşı,
iki mehriban...
Sən qədəh,mən sənin
sadiq sərxoşun...
Söz vaxtına çəkər...
beyjə-bu gecə
...
5.0
100% (3)