Qocaldır
Sevincdən adam qocalmır
İnsanları dərd qocaldır, Çoxlarını Vətən dərdi Əsir olan yurd qocaldır. həyat fitnəli bazarmış, İnsan yolunu azarmış, Arxalı it yan gəzərmiş Qoyunları qurd qocaldır. Sən nə deyirsən bu işə? Quzğun qonar düşən leşə, Niyyət təmizdir həmişə Niyyətləri ard qocaldır. Peşman olma xeyir,şərə, Öz cəzasın çəkər hərə, Xoruzu cəlb etmir fərə Onu yad həyət qocaldır. Anlamaq özü yükdü,yük Qələtlər var başdan böyük, Dilarə,sən öz dərdini çək. Səni də həyat qocaldır. |