Yaşa
Xeyirlə şər qardaşdır,
Dünyadır kəsər,calayar, Nəfs harama bihuşdur, Bal kəsən barmaq yalayar, Indi bacar,düz yaşa! Qulağı var yerin,göyün, Çox qulaq as ,azca deyin, Axmaq başa qurban boyun, Kəsilməyə məhkum qoyun, Adam ol ki,yüz yaşa! Ruhun dərdin can daşıyır, Sevinc alır,qəm boşuyur, Yaman dil yara qaşıyır, Qarğalar da çox yaşayır, Sən bülbül ol,az yaşa! Qorxma bir qaşıq qanından, Məsləhət al vicdanından, Güc al qəlbdə imanından, Haqq yolunda dabanından, Soyulsanda döz yaşa! Dilarə ,babal daşıma, Başqalarıyçün yaşama, Zindan ürəkdə üşümə, Cəza kəssələr başıma, Buz qanunu poz yaşa! |