Var ol
Gözlərinə baxa -baxa,
Səninüçün darıxıram. Əllərini tuta -tuta, Yoxluğundan çox qorxuram. Demirəm xoş söz de mənə, Demirəm mənimçün yorul. Sadəcə ,beləcə var ol! Sayılı günlər ömürdə, saysız həsrət taleyimdə, Yoruluram hər çimirdə, Ələnibdi ələyimdə.. Demirəm ki ,nazla məni Demirəm ki bir də vurul... Sadəcə,beləcə var ol! Bu dəli dərviş ruhumu, Uslandırmağa çalışma, Dilarə,varım yoxumu, Verdim, niyəsini soruşma! Demirəm ki ,qoyub getmə, Demirəm ki ,mənə yar ol. Sadəcə,beləcə var ol! DİLARƏ SÜLEYMAN ÇARIQÇI |
“Şiir öyle bir orkestradır ki, bütün doğanın ve insanların sesini yansıtır”.
................................................................VICTOR HUGO.
.......................................Selam ve saygılarla.