Qamını qocalt.🌺🌺 Ezizim
QƏMİNİ QOCALT
Mən kimə yazıram ürək sözümü, Ürəyin yarısın itirmişəmsə, Varlığın ağ etməz daha üzümü, Məni yoxluğunda bitirmişəmsə. Belə qəmgin olma atam balası, Yad gəlib,yad gedər bəşərin oğlu, Gözümdən uzaqdır gözüm qarası, Heyif gec ayılır bəşərin ağlı. Özünü sev ,məni,onu,bunu sev, Qürurunu kiçilt,özünü ucalt, Əvvəl ruhunu sev,sonra canı sev, Qəlbi cavan saxla,qəmini qocalt! ƏZİZİM Qəlbimin qapısı açıq qalıbdır Yel vurub yengələr oynar içimdə Ruhumun vədəsi tamam olubdu, Yaxşı -pis nə varsa qaynar içimdə. Cismim toprağının borcun gəzdirir, Qorxuram da deyəm, canı gəl götür, Ürək dərd yığmağa xurcun gəzdirir, Nəfsim, bu dünyadan, nolar ,əl götür! Hər gün ağacımdan bir yarpaq düşür, Mən nə ağacıydım hələ bilmirəm, Başım göylə, köküm yerlə əlləşir, Həm burda,həm orda ola bilmirəm. Şikayət etməyə öyrəşməmişəm, Odur birtəhər dözürəm,əzizim! Mən olmaqdan hələ vaz keçməmişəm, Kirpiyimlə gor qazıram,əzizim! |
uregin var olsun saire hanim