İSTƏYİR
Könlüm var-dövlətə hərisli deyil,
Şirin kəlmə deyən dodaq istəyir. Kimə nə xeyri var boylu çinarın? Üstü bar-bəhrəli budaq istəyir. Qan üstə qurulur şah sarayları, Orda kasıbların ahı-vayları. Qəlbimə yatmayır hay-harayları, İçi səadətli otaq istəyir. Əflatun axtarır söz qanan dildar, Kasıb komasında rahatlıq olar. Pərqu döşəklərin çox əzabı var, Bir köhnə mitildən yataq istəyir. |