QORXMARAM
Öz sözümü mən deməkdən
Heç bir zaman qorxmaram. Doğru sözə sədd çəksələr, Gəlsə duman, qorxmaram. El yolunda müntəzirəm, Həqiqəti mən gəzirəm. Şər kökünü çox qazıram, Olsa yaman, qorxmaram. Haqqa doğru iz almışam, Dürüstlüyə dost olmuşam. Ona görə saf qalmışam, Çəkməm aman, qorxmaram. Əflatundur Haqq adamı, Haqqdan gəlir bu ilhamı. Əslim budur, bilir hamı, Dildə iman, qorxmaram. |
CENGİZ AKSU tarafından 4/26/2019 10:42:31 AM zamanında düzenlenmiştir.
CENGİZ AKSU tarafından 4/27/2019 10:58:04 AM zamanında düzenlenmiştir.