Mənim bu şəhərdə xəyalım yatır..!
Mənim bu şəhərdə xəyalım yatır..
Məzəmmət qınaqlar əksilmir dildən, Dəyişir insanlar lap, günü-gündən. Səs salma sakit dur,oyanar birdən, Mənim bu şəhərdə xəyalım yatır... Ayrılıq yad deyil tanışdır mənə, Fikir ver başımda ağaran dənə, Dedim əhvalımı sorub dinənə, Mənim bu şəhərdə xəyalım yatır. Qəlbim zidd çəkilmiş hasar kimidir, Dindirmə ağlayar bir himə bənddir, Gözünlə danışdır, baxaraq dindir, Mənim bu şəhərdə xəyalım yatır... Gözlədim ömrümə bahar gəlməyin, Özlədim səfasın deyib gülməyin, Narahat etməyin,susun dinməyin, Mənim bu şəhərdə xəyalım yatır. Hər acı,hər sevinc Seymura qonaq, Mənə güc veribdir hər çətin sınaq, Hara getsəm qəlbim burda qalacaq, Mənim bu şəhərdə xəyalım yatır. MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV |