DAHA UZAQLARA ÇIXIB GEDİRƏM
DAHA UZAQLARA ÇIXIB GEDİRƏM
Demirəm kitabım minbir varaqlı, Təzədən gəz məni əli çıraqlı , Bir ömür yaşadım,səsli -soraqlı, Qəlbimi ovcumda sıxıb gedirəm, Daha uzaqlara çıxıb gedirəm.! Cismimdə qalmayıb bir tikə dözüm, Tükənib taqətim tükənib sözüm, Elə bir kor olub,görməyir gözüm, Sənli ümüdləri yıxıb gedirəm, Daha uzaqlara çıxıb gedirəm.! Vaxt vədə ötüşdü,puç oldu güman, Taleyim heç mənə vermədi aman, Qoy,qalım yadında bu saat,bu an, Üzünə nifrətlə baxıb gedirəm, Daha uzaqlara çıxıb gedirəm.! Köksüm bir çeşmədi təmizdən-təmiz, Bu şəhər salmadı qəlbimdə bir iz, Canımı götürüb səssiz -səmirsiz, Zənn et ki, su kimi axıb gedirəm, Daha uzaqlara çıxıb gedirəm.! Əlvida deyirəm,sənə əlvida, Son sözüm qəlbimdən qopan son nida, Mən səni bir daha salmaram yada , Dişimi-dişimə sıxıb gedirəm, Daha uzaqlara çıxıb gedirəm.! SÖZ:SEYMUR SÖNMƏZ PAŞAYEV |
____________________________Salam