YADA NƏ DÜŞDÜ
Fikirlər alıbdır məni qoynuna,
Deyim siz də görün yada nə düşdü. Doğmalar uzaqdı, yaxınım yoxdu, Dərdimi duymağa yad ana düşdü. Keçirdim ömrümü boran, ayazda, Məndə qışa dönüb bahar da, yaz da. Sözünü dəftərə, kitaba yaz da, Səni dost anlamaz, yad ana, düşdü. Əflatun istəməz yaddan pay uma, Demişəm Yaradan versin payım a. Mənim qismətimə, mənim payıma Ya bir qotur buzov, ya dana düşdü. |
Yüreğine emeğine sağlık
___________________________________Salamlar