SƏNİ NAĞILLARA APARACAĞAM
Nə biri var idi ,nədə biri yox,
Enişli yolların,yoxuşları çox, Günlərin bir günü ümüdləri tox, Səni nağıllara aparacağam... Atacam kədəri, siləcəm qəmi, Açılıb sinəmdə könlümün dəmi, Taxtaya sim qoşub çalıb Kərəmi, Səni nağıllara aparacağam... Vüsalın dadacam vüsal çağında, Yerini salacam eşqin bağında, Tutub əllərindən ay işığında, Səni nağıllara aparacağam... Varlığın gözəldi,gözəl həyatım, Nə qədər varımdı canımda-canım, Vüsalın dadmaqçün,gül üzlü xanım, Səni nağıllara aparacağam... Dəxli yox hava lap dolub boşalsa, Yolları çən ,qırov, duman da alsa , Sənə söz verirəm,yuxuda olsa Səni nağıllara aparacağam... YAZILMA TARIXI : 31.01.2019 MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV |