DİVANİ
Baş ağrıdır, zəhləm gedir abdalın kəlamından,
Mənası yox, anlamıram cahilin səlamından. Dürr tökülər, ləzzət yağar arifin hər sözündən, Açılar bu gözüm-könlüm Haqpərəst aləmindən. Hər əməli savab olar özü doğru olanın, El yanında qiyməti var sözü doğru olanın. Haqq eşidər duasını gözü doğru olanın, Qismətinə heç yazılmaz cəhənnəm ələmindən. Qədərinə tabe olub, aralandı yurdundan, Tanrı qoydu bu bəxtinə şeri-sözü ardından. Qələm əldə hey yazıram millətimin dərdindən, Budur payı Əflatunun dəftəri-qələmindən. |
İçten duyarlı yüreğinizi ve güzel kaleminizi kutlarım…
Şiir sev, şiir yaz, şiir oku...
...................................... Saygı ve selamla.