BİLİRƏMŞiirin hikayesini görmek için tıklayın Məndən yaşca çox kiçik olan birisi mənə ağıl öyrətməyə çalışırdı. Bu qədər yekəxanalıq, özündən müştəbehlik olmaz axı. Hər halda kiçiklərin böyüklərə hörmət göstərmələri, sayğı duymaları vacibdir. O zaman böyüklərdən də mərhəmət görərlər. " Əvvəl düşün, sonra danış " məntiqi yada düşür.
Mənə yol göstərmə nadan sərsəri,
Yolumu getməyi özüm bilirəm. Sən hələ həyatı dərk etməmişdən, Qarışıq kələfə çözüm bilirəm. Mənim öz amalım, öz məqsədim var, Sənin tək dünyamı etməmişəm dar. Kainat şahına oldum xidmətkar, Ömrümü bu yolda izim bilirəm. Sən hələ get dolan, həyatda xamsan, Ağıldan nöqsansan, düşünmə tamsan. Sevin Əflatundan nəsihət umsan, Mən ki çətinliyi dözüm bilirəm. |
Duyguların anlatımı ve anlamı güzel şiirde...
Kutlarım...
Şiir iyiliğin anasıdır…
............................................... Saygı ve selamlar..