SİNƏMİ
Gözüm görənləri yazmasam olmur,
Neyləyim, gəmirir sözüm sinəmi. Mənim gücüm ancaq şeirə çatır, Ağ kağız üstünə düzüm sinəmi. Demirəm yaşadım ömrü hədərə, Sözsüz qul olmuşam bəxtə, qədərə. Mən belə adamam, dərdə-kədərə, Meydan eyləmişəm özüm sinəmi. Taleyin əlində fırlanan topam, Əflatun, iynədə qırılmış sapam. Gəzirəm, elə bir həmdərdi tapam, Onun ürəyinə yazım sinəmi. 30.09.2018. |