Hüsen
Sən kişilik məktəbi qoydun Hüsen!
Ağladılar məktəbə arvad kimi. Bardaş atıb qatdadılar dizlərin. Şillə vurub qızartdılar üzlərin. Ağladılar qurutdular gözlərin, Saxladılar dəsmalı icad kimi. Sən kişilik məktəbi qoydun Hüsen! Ağladılar məktəbə arvad kimi. Ömrünü qəsdən bitirən görmüşəm. Faniliyindən itirən görmüşəm. Məscidə zəncir gətirən görmüşəm, Düşmən olub canına cəllad kimi. Sən kişilik məktəbi qoydun Hüsen! Ağladılar məktəbə arvad kimi. Həddi aşıb haqqın yolun çıxmısuz. Görkəminiznən çox ürək sıxmısuz. Ağlamısuz imperiya yıxmısuz ? Bəs yaşıyırsuz niyə bərbad kimi ? Sən kişilik məktəbi qoydun Hüsen! Ağladılar məktəbə arvad kimi. Rəhbəriniz islam üçün neyləyib ?! Çarə üçün, əncam üçün neyləyib ?! Sürdüyünüz əyyam üçün neyləyib ?! Bəlkə çapıb dağları Fərhad kimi ?! Sən kişilik məktəbi qoydun Hüsen! Ağladılar məktəbə arvad kimi. Aləmə qoymuş izi cənnət gülü. Valeh edibdir bizi cənnət gülü. Yaxşı ki, görmür sizi cənnət gülü, Nə tüpürər üzvüzə naşad kimi. Sən kişilik məktəbi qoydun Hüsen! Ağladılar məktəbə arvad kimi. Müəllif: Anar Əhəd. |